Əgər 2021-ci ilin yekununda Azərbaycanda yaşı 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 4,6 % olubsa, 2023-cü ilin yekununda bu rəqəm 5,4 %-ə çatıb.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.
O, həmçinin deyib ki, ötən il ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı əvvəlki ilə nisbətən 6,3 dəfə, mühərrikinin həcmi 2500 kubsm-dən çox olmayan hibrid mühərrikli avtomobillərin sayı isə 24,3 % artıb. (Report)