İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.
"Azərbaycan Beynəlxalq Bankı"nın avtomobilləri - HƏRRACDA SATILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, dekabrın 26-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan nəqliyyat vasitələrinin satışına dair hərrac keçirilib. Bu hərrac zamanı iki avtomobil özəlləşdirilib. Hər iki avtomobil ilkin hərrac qiyməti ilə satılıb.
Satışa çıxarılan avtomobillərdən biri 2011-ci il buraxılışlı Chevrolet Tahoe idi. Bu avtomobilin ilkin və yekun hərrac qiyməti 15,000 manat təşkil edib.
İkinci avtomobil isə 1989-cu il istehsalı Juk A06 avtomobili olub. Hərrac zamanı ilkin qiymət olaraq 600 manat təyin edilib və bu qiymətlə də satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə 26 dekabr 2024-cü il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı :
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Nəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
İlkin hərrac qiyməti (manatla) |
Yekun hərrac qiyməti (manatla) |
1 |
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC |
Chevrolet Tahoe |
77 AV 873 |
2011 |
15000 |
15000 |
2 |
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC |
Juk A06 |
10 AL 415 |
1989 |
600 |
600 |