Rusiyanın "AvtoVAZ" şirkəti 2019-cu ilin yanvar-may aylarında istehsal olunan 9 311 "Lada Xray" avtomobil modelini geri çağırır.
Eləcə də bax: "AvtoVAZ" avtomobillərinin - QİYMƏTLƏRİ ARTDI
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin ("Rosstandart") açıqlamasında deyilir.
Qeyd olunur ki, nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb elektromexanik sükan valının qaynaq tikişinin zədələnməsidir.
İstehsalçının səlahiyyətli nümayəndələri təmir işləri üçün avtomobili ən yaxın diler mərkəzinə verilməsinin zəruriliyi barədə geri çağırılan nəqliyyat vasitələrinin sahiblərini məlumatlandıracaqlar. Təmir işləri təmənnasız həyata keçiriləcək.
"AvtoVAZ"ın Azərbaycandakı baş idxalatçısı və rəsmi distributoru olan "Xəzər Lada"dan bildirilib ki, qeyd olunan tarixlərdə istehsal olunan avtomobillərin ölkəyə idxal olunmadığını nəzərə alaraq, geri çağırılma kampaniyası daxili bazara aid deyil. (Apa)