ABŞ-ın yarımkeçirici şirkəti Qualcomm çiplərin tədarükü üçün Mercedes və BMW ilə əməkdaşlığa başlayır.
Rusiya bazarında Çin avtomobillərinin satışı - 2,6 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, qabaqcıl çiplər avtomobildaxili məlumat-əyləncə sistemləri üçün istifadə olunacaq.
Bu əməkdaşlığın bir hissəsi olaraq, Qualcomm şirkəti, BMW və Mercedes avtomobillərinin səsli əmr imkanlarını artırmaq üçün nəzərdə tutulan ən müasir çipləri təqdim edəcək.
Qualcomm-un çipləri 2024-cü ildə yeni nəsil Mercedes E-class modellərində, 2025-ci ildə isə BMW avtomobillərində yer alacaq.
Qualcomm bir müddətdir ki, avtomobillərdə məlumat-əyləncə sistemlərindən tutmuş sürücüyə yardım sistemlərinə qədər müxtəlif funksiyaları gücləndirmək üçün avtomobil istehsalçıları ilə işləyir. Qualcomm-un avtomobil sənayesi üçün iddialı planlarına 2026-cı ilə qədər bu bazardan 4 milyard dollar gəlir əldə etmək məqsədi daxildir. (Marja)