2025-ci ilə qədər, qlobal avtomobil istehsalında ən yüksək səviyyə olmuş 2017-ci ildəki 95 milyon ədəd avtomobillə müqayisədə xeyli aşağı qalacaq.
FED.az xəbər verir ki, bu barədə Boston Consulting Group (BCG) beynəlxalq konsaltinq şirkətinin proqnozunda bildirilir.
Qeyd edilib ki, əvvəlki proqnozların əksinə olaraq, istehsalın 2025-ci ildə 88 milyon avtomobilə qədər azalacağı gözlənilir.
2022-ci ildə BCG 79 milyon ədəd avtomobil istehsal ediləcəyinə inanır, 2023-cü ildə isə avtomobil istehsalının 83 milyon ədəd təşkil edəcəyi gözlənilir.
Qeyd edilib ki, avtomobil bazarında tələb azalıb. Həmçinin yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədar olaraq avtomobil istehsalı düşüb. (Marja)