Dünya avtomobil bazarı iyulda 6,3 % azalaraq 6,463 milyon ədədə düşüb.
Eləcə də bax: Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı - 30 Faiz Artıb
FED.az xəbər verir ki, bu ilin 7 ayı ərzində dünya üzrə 48,527 milyon avtomobil satılıb.
İyulda satışlar üzrə lider Çin olub. Bu ölkədə 1,842 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,8 % azdır. Mənfi dinamika ardıcıl olaraq üç aydır ki davam edir. Bu, çip çatışmamazlığı, xammalın bahalaşması və Çində koronavirusun yeni dalğası ilə əlaqədardır.
Qərbi Avropanın avtomobil bazarları hesabat ayında 23,8 % azalaraq 1,01 milyon ədədə çatıb. Şərqi Avropada 349 min yeni avtomobil satılıb. Bu, əvvəlki ayın göstəricisi ilə müqayisədə 9,7 % azdır. (Report)