Cari ilin 8 ayında Çinin elektromobil (elektrik və hibrid modellər) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 7 milyona çatıb.
Çin elektrik maşınlarının bu ölkələrə yolu bağlanır –100%-İLK RÜSUM TƏTBİQ EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası açıqlama yayıb.
Hesabat dövründə ölkədə 7,04 milyon ədəd bu tip avtomobil satılıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 31 faiz çoxdur. Qeyd olunan dövrdə Çində satılan avtomobillərin 37,5 faizini elektromobil və hibrid avtomobillər təşkil edib.
ABŞ, Avropa İttifaqı daxil olmaqla bəzi dövlətlərin Çin istehsalı olan yeni elektromobillərə əlavə gömrük rüsumları tətbiq etməyə başlamasına baxmayaraq, yanvar-avqustda Çindən xaricə bu növ avtomobil ixracı 12,6 faiz çoxlaraq, 818 min ədədə çatıb.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çin “yaşıl avtomobil” istehsalı, satışı və ixracına görə liderdir. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının proqnozlarına görə, il ərzində Çinin yaşıl enerji ilə çalışan avtomobil ixracı 77 faiz çoxalaraq 1,2 milyon ədədə çatacaq. (Azərtac)