Sankt-Peterburq şəhərinin rəhbərliyi Hyundai zavodunun satışı ilə bağlı Qazaxıstanla danışıqlar aparır.
FED.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun Sənaye Siyasəti, İnnovasiya və Ticarət Komitəsinin sədri Kirill Soloveyçik məlumat verib.
"Hyundai ilə bağlı Qazaxıstanla danışıqlar aparılır”, - o, Federasiya Şurasında yerli avtomobil sənayesinin problemləri və inkişaf perspektivlərinə həsr olunmuş iclasda bildirib.
Sankt-Peterburqdakı "Hyundai Motor Manufacturing Rus" zavodunun dayanma müddətini 2023-cü ilin mart ayının sonuna qədər uzadılıb.
Sankt-Peterburqdakı Hyundai avtomobil zavodu 2022-ci ilin martında komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə avtomobillərin istehsalını dayandırıb. Zavodun 2537 işçisindən 2206-sı boş qalıb. İstehsal dayandırılana qədər şirkət Hyundai Solaris, Hyundai Creta, Kia Rio və Kia Rio X-Line modellərini istehsal edirdi. 2010-cu ildə işə salınan zavodun istehsal gücü ildə 200 mindən çox avtomobil təşkil edirdi. (Marja)