Cənubi Koreyanın «Kia Corporation» şirkəti 2025-ci ilin oktyabrında Qazaxıstanın Kostanay vilayətində avtomobil istehsalına başlayacaq.
Bu barədə «Kia Qazaqstan»ın direktoru Kim De Ki Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib. İlkin mərhələdə zavodda «Sorento» modelinin istehsalı planlaşdırılır. 2026-cı ilin yanvarından etibarən isə yenilənmiş «Sportage» modelinin istehsalına başlanılacaq.
Zavodun layihə gücü ildə 70 min avtomobildir, burada 1500 yeni iş yeri yaradılacaq. Qazaxıstanda «Kia» zavodunun qurulmasına 200 milyon dollar yatırılıb, bunun 80%-i birbaşa xarici investisiyalardır.