Qazaxıstanın Almata şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.
FED.az xəbər verir ki, yerli “Astana Motors” şirkəti yaxın vaxtlarda “Hyunday” markalı minik avtomobillərinin istehsalı üçün zavodun tikintisinə başlayacaq.
Zavod ilkin olaraq ildə 30 min, daha sonra isə 45 min avtomobilin istehsalını həyata keçirəcək.
Eləcə də bax: Azərbaycanda buraxılacaq "QAZ" avtomobilləri açıqlandı - SİYAHI
Layihənin ümumi investisiya dəyəri 25 milyard tenqe, və ya 66,1 milyon ABŞ dolları təşkil edir. Bu layihə Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək. İstehsal olunacaq avtomobillərin MDB ölkələrinə ixracı da nəzərdə tutulur.