Rusiya “Aurus” avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazir deyib ki, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.
Eləcə də bax: Hyundai yeni «dəliqanlı» «Sonata»sını açıqladı - FOTOLAR
Onun sözlərinə görə, “Aurus” avtomobillərinin “SUV” yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq. Ümumilikdə “Aurus” brendi altında dörd model – sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək. D.Manturov “Aurus” limuzinlərinin yalnız eksklyuziv istehsal olunacağını da vurğulayıb.
Eləcə də bax: Azərbaycanda “Pejo”un yeni modelinin - İSTEHSALI BAŞLAYIR - QİYMƏT
“Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək”,- deyə nazir bildirib və əlavə edib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli “Aurus” limuzinindən istifadə edir. Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.
Qeyd edək ki, «Rolls-Royce» və «Bentley»ni, daxildən isə «Mersedesom S-klass»ı xatırladan «Aurus Senat S600» markalı avtomobilin 4,4 litr həcmli 598 at güclü mühərriki var. Rusiyalı mütəxəssislər bu mühərriki «Porsche»nin mühəndisləri ilə birlikdə hazırlayıblar. Avtomobilin sürət qutusu 9 pilləlidir.
«Aurus Senat»ın qiyməti 10-12 milyon rubl, yəni 150-180 min dollar arasındadır. Amma indiyədək satışa çıxarılması nəzərdə tutulan 120 avtomobin hamısı artıq əvvəlcədən satılıb.
Putinin “Aurus”undan sifariş vermək olar - QİYMƏT AÇIQLANDI
20:54
10 Mart 2019