«Mersedes» və «Opel»ləri əvəz edəcək- HƏR GÜN SATILIR
FED.az xəbər verir ki, may ayında mətbuatda Lada Prioranın buraxılışının dayandırılacağı haqqında xəbərlər yayılmışdı. Mənbələrə görə, AvtoVAZ köhnəlmiş modelin istehsalından imtina edərək, avtomobili iyul ayının istehsal planından çıxarmışdı.
Yeni qərara əsasən isə, “Priora” modelinin buraxılışı bəzi texniki dəyişikliklərlə davam etdiriləcək. Avtomobil şirkətinin nümayəndəsinin sözlərinə görə, yeni modelə Continental və Delphi-dən forsunkalar qoşulacaq ki, bu da maşının Aİ-92 benziniylə işləməyinə imkan verəcək.
Rusiyada bu maşın 424 900 rubla və ya 6850 dollara satılır. Avtomobilin 1,6 l mühərriki 2 variantda təklif olunur: 87 a.g və 106 a.g. Sürət qutusu həmişəki kimi mexanikadır, bütün funksialarıyla birlikdə “Priora”nın qiyməti 533 400 rubl və ya 8600 dollardır.