Əmlak Məsələləri Dövlət Komitəsi mayın 15-də hərraca çıxarılan avtomobilləri açıqlayıb.
FED.az xəbər verir ki, növbəti hərraca müxtəlif dövlət qurumlarına aid 10 avtomobil çıxarılıb. 1994-2007-ci illərə aid avtomobillərin ilkin qiyməti 800-22500 manat arasında dəyişir. Ən ucuz avtomobil 800 manata təklif edilən Bakı Şəhər İcra Hakimiyyətinə aid 1994-ci il model QAZ-31029-dur. Ən baha qiymətə təkif edilən avtomobil isə Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aid BMW 730-dur(22500 manat).
Balanssaxlayıcı müəssisənin adı | Marka | Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
DIN Avtomobil Təsərrüfatı | BMW-320 | 2007 | 5200 | 520 |
DIN Avtomobil Təsərrüfatı | FIAT Combi Active | 2007 | 3500 | 350 |
DIN Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2007 | 3500 | 350 |
DIN Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2007 | 3500 | 350 |
Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsi | QAZ-31029 | 1994 | 800 | 80 |
Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Hyundai Sonata | 2004 | 4700 | 470 |
Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Mercedes Benz Sprinter 314 | 2006 | 15000 | 1500 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 22500 | 2250 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7400 | 740 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7600 | 760 |





