"Peugeot" və "Fiat Chrysler Automobiles" (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.
FED.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti bildirib.
Eləcə də bax: Avtomobil istehsalı tarixində - ƏN ETİBARLI 10 MAŞIN - SİYAHI
"Fiat" və "PSA Group"dan ("Peugeot-Citroen") "Peugeot" mümkün birləşmə haqqında danışıqlar aparırlar", - deyə qəzetin xəbərində qeyd olunur.
Məlumata görə, yeni birliyə "Peugeot"un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.
Qeyd edək ki, "Fiat" markası adı altında "Fiat", "Lancia", "Alfa Romeo", "Abarth", "Ferrari" və "Maserati" avtomobilləri istehsal edilir. PSA Avropada "Volkswagen"dən sonra ikinci avtomobil istehsalçısıdır.
Report