Fransız avtomobil markası olan “Peugeot” arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.
Eləcə də bax: “Suzuki” konserninin rəhbəri şirkətdə 63 il işlədikdən sonra - Vəzifəsindən Ayrılacaq
FED.az xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və “Peugeot” yazısı ilə üçbucaqlı qalxan əks ediləcək.
2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil “308 hatchback” yeni simvollara sahib ilk model olacaq.
Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi. (Apa)