"GM Uzbekistan” şirkəti Azərbaycana avtomobillərin tədarükünü bərpa edib. FED.az xəbər verir ki, "“GM Uzbekistan” Azərbaycana avtomobillərin satışını bərpa edib. Birinci mərhələdə ölkəyə R3 və R4 modelləri tədarük olunacaq, daha sonra modellərin növü genişləndiriləcək”, - şirkətin mətbuat xidməti məlumat verib.
Öncə şirkət Ukrayna, Qırğızıstan, Belarus, Əfqanıstan, Tacikistan, həmçinin Qazaxıstana avtomobillər ixrac edib.
2019-cu il “GM Uzbekistan”da İxrac potensialının inkişaf İli elan olunduğundan şirklət bu istiqamətdə fəaliyyətinin genişləndirilməsinə dair fəal iş həyata keçirir.
“GM Uzbekistan” zavodunun ümumi sahəsi 72 hektar, istehsal sahələri – 192 min kv. metrdir.
Hazırda “GM Uzbekistan” SC-nin 3 istehsal sahəsində “Chevrolet” və “Ravon” brendləri altında 10 model avtomobillər istehsal olunur. Xüsusilə, Matiz, Spark (R2), Nexia (R3), Cobalt (R4), Lacetti (Gentra) modelləri əsasən Asaka şəhərində, Tracker, Malibu modelləri Daşkənd şəhərində filialda, Damas, Labo modelləri Pinaka şəhərində filialda istehsal olunur.