Yaponiya Özbəkistanın avtomobil sənayesinin inkişafına 15 milyon dollar sərmayə qoyacaq.
FED.az xəbər verir ki, bununla bağlı Tokioda Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti ilə Yaponiyanın “Isuzu Motors” və “Itochu Corporation” şirkətləri arasında saziş imzalanıb.
Eləcə də bax: Yaponiya kiçik elektromobillərin alınması üçün subsidiyalar ayırmağı - PLANLAŞDIRIR
Bildirilir ki, bu vəsait Səmərqənd şəhərində müxtəlif tutumlu avtobuslar, yük maşınları və pikaplar istehsal edən Özbəkistan-Yaponiya Birgə Müəssisəsinin inkişafına xərclənəcək.
Bu vəsait qoyulduqdan sonra Səmərqənd zavodunda istehsalın həcmi ildə 5 min ədəddən 10 min ədədə kimi artacaq.
Azərtac