Özbəkistanda Çinin «BYD» şirkətinin elektrik avtomobillərinin istehsalı başlayır.
FED.az xəbər verir ki, sentyabrın 26-da Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə Çinin avtomobil istehsalçısı BYD arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üzrə investisiya sazişi imzalanıb.
Sazişə əsasən «BYD Auto» və «Uzavtosanoat» SC elektrik və hibrid avtomobillər istehsal etmək üçün «BYD Uzbekistan Factory» adlı birgə müəssisə yaradacaq.
Müəssisədə ildə 300 minə qədər elektromobil avtomobil istehsal etmək planlaşdırılır.
Müqaviləyə əsasən Layihənin birinci və ikinci mərhələlərində planlaşdırılan istehsal həcmi ildə 50 min avtomobil təşkil edəcək, üçüncü mərhələnin başa çatması ilə isə bu rəqəm ildə 300 min ədədə çatacaq.
«BYD Uzbekistan Factory» tərəfindən istehsal olunacaq ilk modellər Chazor sedanı (Destroyer 05) və Song Plus krossoveri olacaq.