"Koç Holdinq"in əsas səhmdarı olan "Otokar" ilə "CNH Industrial" şirkətlərinə məxsus “İveco Bus” arasında ortaq istehsal və əməkdaşlıq müqaviləsi imzalanıb.
Eləcə də bax: Azərbaycanda "QAZ" avtomobillərinin - YIĞIMI BAŞLAYIR
FED.az xəbər verir ki, şirkət açıqlamasında 5 illik müqavilə bağlandığını deyib. Müqaviləyə əsasən, “Otokar”ın Sakarya fabrikində 5 mindən çox avtobus istehsal ediləcək.
Müqaviləyə əsasən, iki şirkət 26 milyon avro dəyərində ortaq sərmayə qoyacaq.
“Otokar” vediyi açıqlamada “İmzalanmış əməkdaşlıq və tədarük müqaviləsi çərçivəsində şirkətimiz "IVECO BUS"-un hazırkı məhsullarını Sakaryadakı fabrikində "IVECO BUS" adından istehsal edəcək. "IVECO BUS"-un məhsul portfeli fabrikimizdə istehsal olunan “Otokar” məhsulları ilə genişlənəcəkdir.” deyib.
Müqavilə çərçivəsində Şərqi Avropa, Afrika, Orta Şərq və Asiya bazarları üçün xüsusi nəqliyyat vasitələri istehsal ediləcək.
"Iveco Bus" mikroavtobusdan şəhərlərarası avtobusa qədər geniş çeşidli sərnişin nəqliyyat vasitələri istehsal edir.