Avto

Ötən ay hamı xaricdən avtomobil daşıyıb – REKORD GÖSTƏRİCİ

Ötən ay hamı xaricdən avtomobil daşıyıb – REKORD GÖSTƏRİCİ | FED.az
14:42 17 Yan 2019

Azərbaycanda 2019-cu ilin əvvəlindən minik avtomobilləri üçün aksiz vergisinin artırılacağı elan edildikdən sonra 2018-ci ilin sonunda ölkəyə rekord sayda avtomobil gətirilib.

FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə xaricdən Azərbaycana ümumilikdə 28 876 avtomobil gətirilib. Bunun 26 147-si minik avtomobilləri olub.
 

Eləcə də bax: Məhkəmə və İcra idarələri ilə əlbir olan şəbəkə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
 

Dekabr ayında bu sahədə ümumiyyətlə rekord vurulub. FED.az xəbər verir ki, ötən ay ölkəyə xaricdən 5718 minik avtomobili gətirilib. Bu ənənəvi aylarda olan göstəricidən 2 dəfə artıqdır.

Belə ki, DGK-nin məlumatına görə, noyabrda Azərbaycana 3084 ədəd, oktyabrda 2665 ədəd, sentyabrda 2155 ədəd, avqustda isə 2123 ədəd minik avtomobili gətirilmişdi.

Digər xəbərlər

Banner