FED.az xəbər verir ki, Fransanın “PSA Group” korporasiyası Almaniyadakı törəmə şirkəti “Opel” 4 100 işçisini ixtisar edəcək.
Bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Eləcə də bax: Azərbaycanda bu modeldən yeni avtomobillər - UCUZLAŞACAQ
Məlumata görə, bu addım satışların azalması ilə əlaqədar, eləcə də texnoloji yeniləməyə daha çox vəsait ayırmaq üçün qənaət proqramı çərçivəsində atılacaq. 2025-ci ilə qədər 2 100 işçi, 2025-2029-cu illərdə isə daha 2 min işçi vəzifəsindən azad ediləcək.
Xatırladaq ki, dünyanın aparıcı avtomobil markaları gələcək illərdə ümumilikdə 80 minə yaxın işçisini ixtisar etməyi planlaşdırır.
Report