Yenicə açılmış Bakı-Quba-Rusiya Federasiyası yolundan nəqliyyat vasitələrinin hələlik az istifadə etməsi və bu yolda radarların hələ ki quraşdırılmaması sürət həvəskarlarının bu yola axınına səbəb olub.
Yeni açılan ödənişli yolda radar var? - RƏSMİ AÇIQLAMA
Pullu yolda ödəniş bu qaydada olacaq - VİDEO
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəklini çəkərək paylaşırlar. Bundan başqa Bakıda motosikletlə yarışmağa uyğun yer tapa bilməyən moto həvəskarlarının da ödənişli yola axını müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb. Təyin edilmiş sürəti keçənlər isə inzibati məsuliyyət daşıyır.
İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.