Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq edilməsi təklif edilir.
Eləcə də bax: Azərbaycanda avtomobil sahibləri üçün “Vahid parkinq kartı” - TƏTBİQ EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.
Sənəddə ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqi təklif edilir. (Trend)