"Bakı Telefon Rabitəsi" MMC "Nurgün Motors" MMC-dən avtomobillər alacaq.
FED.az xəbər verir ki, "Bakı Telefon Rabitəsi" MMC “Nurgün Motors” ilə 10 ədəd avtomobilin alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 267 min manatdır.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.