Şirkətin daxilindəki mənbə bildirib ki, «Nissan»ın vəziyyəti düzəltməsi üçün bir il vaxtı var, əks halda şirkət bağlanacaq.
«Nissan»ın amerika bölməsi öz amerikalı dilerlərinə məktub göndərərək şirketin maliyyə çətinlikləri yaşahığı bildirib və onları səbrli olmağa çağırıb.
Bu avtomobilləri almayın - Hibrid avtomobillərin antireytinqi - MARKALAR - SİYAHI
FED.az xəbər verir ki, «Nissan Americas» şirkətinin sədri «Nissan»ın ABŞ-dakı 1070 dilerinə məktub göndərərək bildirib ki, «Nissan» bütün dünyada istehsalı 20% azaldacaq, şirkət biznesin vəziyyətini sabitləşdirmək üçün 9000 işçini ixtisar edəcək.
Azərbaycanda avtomobillərin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verildi - FOTOLAR
Məsələ bundadır ki, «Nissan»ın satışları və gəlirləri sürətlə azalmaqdadır. 2024-cü maliyyə ilinin ilk yarısında «Nissan»fın əməliyyat mənfəəti ötənilki 2 milyard dollardan 200 milyon dollara enib.
«Şirkət vəziyyəti düzəltmək üçün səylə çalışır, biz qarşıdakı il ərzində hamınızdan səmimi olaraq anlayış və dəstək istəyirik» - deyə məktubda bildirilir.
Qeyd edək ki, 2018-ci ildə «Nissan»ın keçmiş baş direktoru mənimsəmə ittihamı ilə həbs edilib. Şirkətin satışları isə iki əsas bazarda – ABŞ və Çində kəskin azalıb. Üstəlik, şirkətin əsas payçısı olan Fransanın «Renault» şirkəti də «Nissan»dakı payını tədricən azaldır və hazırda «Nissan» yeni investorlar axtarışındadır.
Xatırladaq ki, son bir ildə «Nissan»ın səhmləri 36% ucuzlaşıb. Şirkətin daxilindəki mənbə bildirib ki, «Nissan»ın vəziyyəti düzəltmək üçün cəmi 12-14 ay vaxtı qalıb.