Mövzuya yaxın mənbələr tərəfindən verilən məlumata görə, Renault SA və Nissan Motor Co, birləşərək yeni bir avtomobil istehsalçısı qurmaq üçün danışıqlar aparır.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatın ictimaiyyət üçün açıq olmaması səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələrə görə, sözügedən müqavilə reallaşması vəziyyətində tərəflər arasında mövcud əməkdaşlığı sona çatdırıb, yeganə şirkət halına gətirəcəklər.
Renault mövcud vəziyyətdə Nissan-ın 43%-nə sahibdir. Yapon avtomobil istehsalçısı isə Fransız şirkətində 15 faiz paya sahibdir.