Yaponiyanın “Nissan” avtomobil istehsalçısı Rusiyanın Sankt-Peterburqdakı zavodunun durğunluq müddətini 3 ay – dekabrın sonuna qədər uzatmaq qərarına gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, “Nissan” zavodunda istehsal yazda, Ukraynada müharibə başlayanda dayandırılıb.
Eləcə də bax: "Hyundai"ların Rusiyada buraxılması - DAYANDIRILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Sankt-Peterburqda istehsal dekabrın sonuna kimi dayandırılıb, işçilərə bu barədə məlumat verilib. Biz vəziyyəti yaxından izləməyə davam edirik və lazımi tədbirlər görəcəyik”, – mesajda deyilir.
Rusiyanın 2 min işçisinin çalışdığı “Nissan” zavodu 2006-cı ildən Leninqrad vilayətinin Parqolovo kəndində yerləşir. İstehsal gücü isə ildə 100 min avtomobil təşkil edir. Zavod üç model istehsal edir – “X-Trail”, “Murano” və “Qashqai”.
“Nissan” – Ukraynada müharibə başlayandan sonra Rusiya bazarını qismən tərk etmək qərarına gələn dörd böyük yapon şirkətindən biridir.