Nissan, kiçik SUV seqmentində 8 ilin ardından yeni nəsil bir Juke çıxarmaqdansa, Kicks modeli ilə yola davam etmək qərarı verib. FED.az xəbər verir ki, Yaponiya istehsalçısı Los-Ancles Avtomobil sərgisində Kicks adlı modelini təqdim edib.
 
Nissanın Rogue Sport, Rogue, Murano, Pathfinder və Armada krossover modellərilə uyğun görünən Kicks zahirən Juke-un yoxluğunu hiss etdirməyəcək.
4 silindrli 1.6 litr mühərrikə malik olan kiçik SUV modeli CVT sürət qutusu ilə təchiz edilir.
Avtomobil 1100 kq ağırlığındadır. 
Avtomobilin ABŞ bazarındakı satış qiyməti 19 min dollar olacaq.


            
                            
                            
                        












                
                
                
                
                
                
                
                
                
                
                
                







