“Nissan” avtomobil istehsalı şirkəti Avropada dizel avtomobillərinin satışını dayandıracağını bəyan edib.
FED.az xəbər verir ki, buna səbəb üç il əvvəl “Volkswagen” şirkətinin işlənmiş qazlarla bağlı saxtalaşdırmaları ortaya çıxdıqdan sonra, avropalı sürücülərin dizel yanacağı ilə işləyən avtomobillərə daha üstünlük verməməsidir. Dizel mühərrikli avtomobillərin əvəzində şirkət atmosferi işlənmiş qazlarla korlamayan hibrid avtomobillərə və elektrmobillərə üstünlük verəcək.
“Nissan” dizel avtomobillərinin satışını dayandırır

12:16
8 May 2018