"Peugeot" brendinin sahibi olan Fransanın avtomobil istehsalçısı PSA-nın İranın avtomobil şirkətləri ilə əmədaşlığını dayandırması Neftçala Avtomobil zavodunun fəaliyyətinə təsir etməyəcək. Bu barədə FED.az-a zavoddan bildirilib.
Zavoddan qeyd edilib ki, buraxılan avtomobillərin «Pejo» markasına aidiyyatı yoxdur: «Artıq İran bəzi brendlər əsasında öz brendini formalaşdırıb və bu zavoda İranın öz brendləri olan avtomobillər istehsal edildiyinə görə, «Pejo»nun qərarının bizim fəaliyyətimizə təsiri olmayacaq».
Eləcə də bax: «Xəzər» maşınları üçün sifarişlər başlayıb – 2 İLLİK LİZİNQ
Bununla yanaşı, şirkət əvvəlcədən elan etdiyi kimi, ilin sonunda PEJO avtomobllərinin istehsalına başlayacağını da təsdiqləyib.