2018-ci ilin büdcə layihəsində elə şeylər var ki, bu barədə Hesablama Palatasının auditorları da məlumatsızdır. Bu nüanslardan biri "Ümumi dövlət xidmətləri" bölməsindəki birdəfəlik təyinatlı xərclərdir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanlarının maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 3 milyon 359,3 min manat ayrılıb.
Əsas dövlət audit orqanı etiraf edir ki, bu xərclərin benefisiarı barədə səhih məlumat əldə edə bilməyib. Hökumət iqtisadi təsnifatın qeyri-maliyyə aktivlərinin alınması xərclərinə 3 milyon 236,2 min manat yönəldir. Bu, 2017-ci ilin gözlənilən icrası ilə müqayisədə 2 milyon 280,2 min manat çoxdur.
Hesablama Palatası bir vacib informasiyanı öyrənə bilib: demə bu vəsaitlərin əsas hissəsi (2 milyon 212,8 min manat) avtomobil alınmasına xərclənəcək.
Müstəqil ekspertlər qeyd edir ki, dövlət məmurları gələn il "köhnəlmiş" "Mercedes"ləri dəyişmək istəyirlər.