Hazırda Naxçıvan Avtomobil Zavodu istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlayır.
FED.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Həmçinin avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları açılmışdır. Yaxın vaxtlarda isə Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzinin yaradılması başa çatdırılacaqdır. Bu, həmin rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.
Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markası ilə avtomobillər istehsal edir.