2017-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
2017-ci ilin yanvar-iyul və yanvar-sentyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 3 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 123 ədəd təşkil edib. 01.10.2017-ci il tarixində hazır məhsul ehtiyatı 124 ədəd idi.
01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri |
2017-ci ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd |
2 720 |
2,1 d. |
373 |
Yük avtomobilləri, ədəd |
7 |
1,4 |
2 |
Minik avtomobilləri, ədəd |
30 |
11,1 |
123 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd |
3 |
2,1 |
2 |