Müasir avtomobillər özündə çoxsaylı funksiyaları əks etdirir ki, onların vacibliyi və effektivliyi zamanla sınağa çəkilir.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada sürücülər arasında aparılan sorğu nəticəsində avtomobillərdə ən lazımsız aşağıdakı funksiyalar müəyyən olunub.
Eləcə də bax: Ən çox alınan Yapon maşınları - AÇIQLANDI
Antireytinqin ilk pilləsində Start/Stop funksiyası gəlir.
Bu funksiya idealda işıqforda və tıxaclarda mühərriki söndürməklə yanacaq sərfiyatını azaldaraq atmosferə zərərli tullantıların həcmini aşağı salmalıdır, reallıqda isə tam tərsi baş verir. Belə ki, mühərrikin hər yeni işə salınması daha da çox toksin tullantılarına gətirib çıxarmaqla, paralel olaraq starter və mühərrikin aşınmasına gətirib çıxarır.
Ciddi tənqidə təhlükəsizlik kəmərlərinin avtomatik bloklanması funksiyası tuş gəlib.
Həmin funksiya o qədər yavaş və qeyri dəqiqdir ki, istifadə olunması heç bir məna daşımır və avtomobil həvəskarlarının bunu özlərinin etməsi daha tez alınır Görünür məhz buna görə o cür kəmərləri hazırda yalnız kinolarda görmək olar.
Ruslara görə daha bir əhəmiyyətsiz funksiya səsli idarəolunmadır.
Sürücülərin bu funksiya ilə “razılığa gəlmək” cəhdləri bir çox hallarda uğursuzluqla nəticələnib.