“Moody’s” beynəlxalq reytinq agentliyi bu il dünyada avtomobil satışlarının 20% azalacağını gözləyir.
FED.az xəbər verir ki, bu barədə məlumat agentliyin saytında yerləşdirilib.
Eləcə də bax: "Land Rover"in reytinqi aşağı salındı - AÇIQLAMA
"Reytinq agentliyi 2020-ci ildə dünyada avtomobil satışlarının 20% azalacağını gözləyir. Əvvəlki proqnoz bu göstəricinin 14% azalmasını nəzərdə tuturdu... Koronavirusun iqtisadiyyata təsiri kəskinləşir",— deyə məlumatda bildirilir.
Məlumata əsasən, bu il Avropada həmin göstərici 30%, ABŞ-da isə 25% azalacaq.
Agentlik cari il üçün Çində avtomobil satışına dair proqnozunu dəyişdirmədi - 10% azalma.
“Moody”s gələn il dünyada avtomobil satışının 11.5% artacağını istisna etmir, 2020-ci ildə G20 ölkələrində ÜDM-in 4.8% artacağını proqnozlaşdırır.
Nəzərinizə çatdıraq ki, Amerika avtomobil nəhəngləri “General Motors”, “Ford” və “Fiat Chrysler” 18 may tarixindən etibarən pandemiyaya görə fəaliyyət göstərməyən Miçiqandakı fabriklərinin işlərini bərpa etməyə başlayacaqlar.
Qeyd edək ki, “General Motors” bu ilin ilk rübündə “Böyük Üçlük" də qazanc əldə edən yeganə şirkət oldu. GM-in bu ilin birinci rübündəki xalis mənfəəti 0.3 milyard ABŞ dollarıdır.
TED