2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycana idxal olunan minik avtomobillərinin sayında və dəyərində əhəmiyyətli artım baş verib. Hesabat dövründə ölkəyə 51 min 727 ədəd minik avtomobili gətirilib.
Azərbaycan buğda idxalını 50%-dən çox artırıb
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 392 ədəd və ya 22,18 faiz çoxdur. 2024-cü ilin ilk 6 ayında idxal olunan avtomobil sayı 42 min 335 ədəd təşkil etmişdi.
Dəyər baxımından da artım müşahidə olunur. Əgər 2024-cü ilin ilk yarısında minik avtomobillərinin idxalına 779 milyon 364 min 450 dollar xərclənmişdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 960 milyon 708 min 840 dollara yüksəlib. Beləliklə, idxal dəyərində 181 milyon dollardan çox və ya 23,26 faiz artım qeydə alınıb.
Orta idxal qiyməti də azacıq yüksəlib. Əvvəlki ildə 1 avtomobilin orta idxal qiyməti 18 min 409 dollar 45 sent idisə, bu il göstərici 18 min 572 dollar 67 sentə qalxıb. Bu, təxminən 0,88 faiz artım deməkdir.
Manatla hesablandıqda isə bir avtomobilin orta idxal dəyəri 2024-cü ildə 31 min 296 manat təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 31 min 573 manata qədər artıb. Burada da qiymət artımı 0,88 faizə bərabər olub.