ABŞ-ın əsas avtomobil istehsalçılarından biri olan Ford, əsasən Şimali Amerikada olmaqla qlobal miqyasda 3000 nəfəri işdən çıxaracağını açıqlayıb.
Eləcə də bax: «Land Cruiser Prado»nin yeni versiyası buraxıldı
FED.az xəbər verir ki, Fordun baş direktoru Cim Farli və İdarə Heyətinin sədri Bill Ford məsələ ilə bağlı işçilərə ortaq elektron məktub göndəriblər.
Sözügedən e-poçtda şirkətin xərc strukturunun ənənəvi və yeni rəqiblərə qarşı rəqabətədavamlı olmadığı bildirilib.
Fordun yeni texnologiyaları mənimsəyərkən iş tərzini dəyişməkdə olduğu vurğulanıb.
"Gələcəyi qurmaq bir əsrdən artıq fəaliyyət göstərdiyimiz yolun təxminən bütün aspektlərini dəyişdirmək və yenidən formalaşdırmaq tələb edir" - deyə Farley bildirib.
Qeyd edilib ki, qlobal miqyasda 3000 nəfər işdən çıxarılacaq və ixtisarlar daha çox ABŞ, Kanada və Hindistanda baş verəcək.
Şirkətin işdənçıxarma qərarından sonra Fordun Nyu-York birjasında ticarət olunan səhmləri təxminən 5 faiz ucuzlaşıb.
Mart ayında Ford, 2026-cı ilə qədər ildə 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırdığını açıqlamış və elektrikli avtomobil işini sürətləndirmək üçün əməliyyatlarını "Ford Model e" və "Ford Blue" olaraq ayırmışdır. (Marja)