«BMW» və «Volkswagen»dən sonra «Mersedes» avtomobillərinin istehsalçısı «Daimler» şirkəti də qənaət tədbirlərin başlayıb.
FED.az xəbər verir ki, hazırda elektrik və hibrid avtomobillərin bazarının güclənməsi başqa ənənəvi istehsalçılar kimi, Almaniyanən əsas avtomobil şirkəti sayılan «Daimler AG»nin də gəlirləri azalmaqdadır. Vəziyyətdən çıxmaq üçün şirkət dünyadakı müxtəlif bölmələrində minlərlə əməkdaşını ixtisar edəcək.
Eləcə də bax: “Mercedes”, “Nissan” və “Chevrolet” - 3 MİN MANATDAN - SATIŞA ÇIXARILIB
«Daimler»in noyabrın 29-da verdiyi açıqlamada bildirilir ki, şirkət ixtisarlara başlayır, təqribən 10 min işçi ixtisar ediləcək, bu proses 2022-ci ilin sonunadək davmm edəcək və şirkətə ildə 1,4 milyard avro qənaət etməyə imkan verəcək.
Şireət bildirib ki, Almaniyada erkən təqaüd proqramını genişləndirməyi və idarəçi personal sayını azaltmaq üçün onları təqaüdə çıxmağa təşviq edəcək. İdarəçilərin sayının 10% azalacağı gözləniir.