Bakı şəhəri üzrə 14 sentyabr 2021-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, satılan nəqliyyat vasitələrinin siyahısında Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus avtomobil də var.
Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus Mitsubishi Galant və Hyundai Sonata markalı nəqliyyat vasitəsinin hərracda yekun satış qiyməti isə müvafiq olaraq 5500 və 8 500 manat təşkil edib.