Dünyanın avtomobil bazarında yaranmış güclü rəqabət nəticəsində məşhur markaların satışları azalmaqdadır.
FED.az xəbər verir ki, 2025-ci ilin 2-ci rübündə (aprel-may-iyun ayları) Asiya bazarında 189 200 ədəd «Mercedes-Benz» minik avtomobili satılıb. Bu bir il əvvəlki dövrlə müqayisədə 16% azdır.
Bu dövrdə Avropa bazarında 159 700 ədəd «Mercedes-Benz» satılıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1% artıqdır.
Şirkətin Şimali Amerika bazarında satışları da azalıb. Belə ki, bu ilin 2-ci rübündə «Mercedes-Benz» Şimali Amerika bazarında 80 600 minik avtomobili satıb ki, bu da 14% azalma deməkdir.
ABŞ bazarında isə «Mercedes-Benz»in satışları 12% azalaraq 74 600 ədəd olub.