Almaniyanın Mercedes-Benz avtomobil istehsalçısı Rusiya Federasiyasına avtomobillərin satışını və onun ərazisində istehsalını dayandıracaq.
Eləcə də bax: "Hyundai"ların Rusiyada buraxılması - DAYANDIRILDI
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü axşam şirkətin Twitter səhifəsində yayılan məlumatda deyilir.
“Mercedes-Benz” Rusiyaya minik avtomobilləri və furqonların ixracını, habelə Rusiyada yerli istehsalı olan avtomobillərin ixracını növbəti bildirişə qədər dayandıracaq”, - məlumatda deyilir. Bu qərarın səbəbləri açıqlanmır.
Fevralın 28-də “Handelsblatt” qəzeti yazıb ki, Mercedes-Benz konserninin tərkibinə daxil olan alman yük maşınları istehsalçısı “Daimler Truck” Ukraynada baş verən hadisələrə görə Rusiyanın “Kamaz”ı ilə bütün əməkdaşlığı dayandırır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər. (Apa)