Mercedes-Benz şirkəti də «qara cümədə» iştirak etmək niyyətindədir. Bu məqsəd ilə alman istehsalçısı ənənəvi satış bayramında satılacaq Mercedes-Benz X-Class Storm Edition pikapını hazırlayıb.
FED.az xəbər verir ki, Mercedes-Benz X-Class Storm Edition X 250d Power modifikasiyasının bazasında yaradılıbıdır. Pikap 190 at qüvvəsi hasil edən 2,1-litrlik dizel mühərriki və avtomatik ötürmələr qutusu ilə təchiz edilib. Xüsusi seriyadan olan pikapın standart təchizatına dəri salon, naviqasiya sistemi, arxa görüntü kamerası, işıqdiodlarından fənərlər və 19-düymlük təkər diskləri daxil edilib. Bu barədə Autograph məlumat yayıb.
Storm Edition seriyasından olan X-Class modelinin seçilən cəhətləri yük bölümünün qapağı, qara rəngli təhlükəsizlik qövsləri və avtomobilin arxasına çəkilmiş ildırımı əks etdirən qrafikadır. Opsiyalar siyahısında xüsusi kandarlar, ayaqaltılar və iki saatlıq yolsuzluqda idarəetmə kurslarıdır. Bununla belə, X-Class Storm Edition modelini satın almaq mümkün deyil - avtomobil aylıq ödənişləri nəzərdə tutan üç illik lizinqə verilir.
Təklif 31 dekabr 2018-ci il tarixinə qədər qüvvədədir.
Qeyd edək ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı gün “Minnətdarlıq Günü” (Thanksgiving Day) kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni Cümə günü “Black Friday” yəni "Qara Cümə" adlandırılır. Həmin gün mağazalar ən azı 20% olmaqla 80%-ədək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara hücum çəkirlər.