«Mercedes-Benz» yanacaq nasosunda yaranan problemlərə görə Çində 231 249 avtomobili geri çağırır.
FED.az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Problemi olan maşınlara GLC və GLE yolsuzluq avtomobilləri, həmçinin Mercedes-AMG bölməsinin avtomobilləri daxildir.
Qeyd edək ki, son vaxtlar şirkətin geri çağırma hallarıartıb.
İyun «Mercedes-Benz» yanacaq nasosunda yaranan problemlərə görə ABŞ-da 143 000 avtomobili geri çağırıb. Qərar C-, E- və S-class modellərinə, eləcə də 2021-2023-cü illər arasında istehsal olunmuş GLC, GLE və GLS yolsuzluq avtomobillərinə aiddir.
Ötən il isə «Mercedes-Benz» avtomobillərinin böyük partiyasını əyləclərdə yarana biləcək problemlərə görə geri çağırmaq məcburiyyətində qalıb. Daha sonra 2004-2015-ci illər arasında istehsal olunmuş GL və R-class modelləri də daxil olmaqla, dünya üzrə 1 milyona yaxın avtomobil geri çağırılıb.