2019-cu ilin üçüncü rübündə rekord sayda - 590,5 min ədəd Mercedes-Benz avtomobili satılıb.
FED.az "Marja"ya istinadən xəbər verir ki, bu barədə "Daimler" konsernindən bildirilib. Satış rüb ərzində 12,2% artıb.
Eləcə də bax:Azərbaycan Rusiyadan avtomobillərin idxalını təqribən - 1,5 DƏFƏ ARTIB
Çində Mercedes-Benz satışı daha güclü - 12,9% və ya 181,2 min ədəd artıb. Sentyabr ayında da rekord həddə - 223,8 min avtomobil satılıb. Yaxşı rüblük satış son aylarda Daimler-in ağırlaşmış vəziyyətini yaxşılaşdıracaq.