Ümumiyyətlə at gücü (Horse Power), avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə olunan güc vahididir. XIX əsrin 70-ci illərindən tətbiq edilən bu anlayış əslində sadə olsa da xalq arasında çox zaman səhv şəkildə başa düşülür.
Eləcə də bax:Avtomobilə etibarnamə telefonla veriləcək - AZƏRBAYCANDA İLK - YENİLİK
FED.az Turbo Plus-a istinadən xəbər verir ki, əvvəla mühərrik məsələn - 150 at gücündədir dedikdə çoxları bunu yalnış olaraq mühərikin gücünün 150 atın fiziki gücünə bərabər kimi anlayırlar. Və yaxud at gücünün çox olmasını avtomobilin də bir o qədər sürətli olması kimi qəbul edirlər. Amma bu məlumatlar tamamilə yanlışdır.
At gücü hələ avtomobillərin meydana gəlməsindən daha öncə yaranmışdır. Bu anlayışı ilk dəfə İngiltərədə 1872-ci ildə mühəndis və fizik olan James Watt işlətmişdir. James Watt həmin ildə buxar mühərrikini icad etmişdi. Onun icadı tezliklə sadəcə İngiltərədə deyil, bütün dünyada sənayenin inkişafında mühüm rol oynamağa başlayır. Icad etdiyi buxar mühərriklərini satarkən James Watt alıcılara mühərrikin gücü haqqında məlumat verməli idi. Məhz bunun üçün at gücü anlayışından istifadə etməyə başladı.
James Watt , bir gün kömür mədənində su boşaltmada istifadə olunan buxarlı maşınlarının neçə at gücünə bərabər olduğunu hesablamaq qərarına gəlir. İlk dövrlərdə James Watt, çarxa bağlı ipi çəkən bir atın , ipin o biri ucundakı 250 kiloqramlıq yükü bir saniyədə təxminən 30 sm yüksəyə qaldırdığını ölçmüşdür. Buxarlı bir maşın isə 500 kiloqramlıq bir yükü , 1 saniyədə 30 sm yuxarı qaldıra bilirdi. Buna görə buxarlı maşının 2 at (HP ) güc istehsal etdiyini təsbit etdi. Beləliklə at gücü HP (Horse Power) qısaltması ilə işarə edilərək istifadə edilməyə başlandı. Günümüzdə isə metrik sistemdə 1 at güc 735,49875 Watt elektrik gücünə bərabər götürülür. Amerikan ölçü sistemində isə 1 at gücü 745,69987158 Watt elektrik gücünə bərabərdir