Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Neo Motors” MMC haqqında araşdırmaya başlayıb.
Dövlət qurumlarının 135 avtomobili hərraca çıxarılır - SİYAHI - QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Neo Motors” MMC barəsində minik avtomobillərinin satışı zamanı bağlanılan müqavilə şərtlərində rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma başladılıb.
MMC Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması ilə ittiham edilir. Hazırda işə baxılması davam edir.
Qeyd edək ki, Rəqabət Məcəlləsinin 25.1.3-cü maddəsi rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, 25.1.5-ci maddəsi isə rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi ilə bağlıdır.









