Avto

Maşın salonları pullarını sayırlar – İDXALDA ÜÇQAT ARTIM

Maşın salonları pullarını sayırlar – İDXALDA ÜÇQAT ARTIM | FED.az
13:04 12 İyul 2018
Bu il Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 3 dəfəyə yaxın artıb.

FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki,  yanvar-iyun aylarında ölkəyə xaricdən 9588 avtomobil gətirilib,  bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 dəfə artıqdır.

Komitənin məlumatına görə, bu müddətdə ölkəyə 60 avtobus, 8484 minik avtomobili, 978 yük avtomobili, eləcə də 65 ədəd xüsusi təyinatlı avtomobil gətirilib.

Ötən illə müqayisədə avtobusların idxalı 5 ədəd, minik avtomobillərinin sayı 2,9 dəfə, yük avtomobillərinin sayı 2,4 dəfə, xüsusi təyinatlı avtomobillərin idxalı isə 58% artıb. 

 

Digər xəbərlər

Banner