Azərbaycanda yol hərəkəti pozuntularına görə, avtomobil sahiblərindən ödənilən cərimələrin xərclənməsi istiqaməti dəyişib.
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr iki dəfə artırılır
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı yeni qərar qəbul edilib. Qərara əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”na dəyişiklik edilib.
Xatırladaq ki, indiyədək bu istiqamətdən daxil olan pullar yol hərəkətini nizamlama vasitələrinin, yol nişanlarının tətbiqi ilə bağlı xərclərin ödənilməsinə sərf edilirdi.
İndi isə cərimələrdən toplanan vəsait «yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə sərf ediləcək.