Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib.
FED.az xəbər verir ki, "MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdri ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.
Ekspert qeyd edib ki, 2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb: “Noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb. Satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir. Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib”.