Azərbaycanda bu ilin iyun ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir.
"Hyundai" yeni modelini təqdim etdi - QİYMƏT
İllik müqayisədə isə minik avtomobillərinin qiymətində 1,4% azalma, velosipedlərin qiymətində 5,2% artım qeydə alınıb.
Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may ayında 0,1% bahalaşıb.
Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3% artıb.
Rəsmi statistikaya əsasən, iyunda 1 minik avtomobili üçün orta qiymət 34 407manat, velosiped üçün isə 162 manat təşkil edib.